Bakı Xoreoqrafiya Akademiyası (BXA) tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas təhsil pilləsi tələbələrinin iştirakı ilə “Xoreoqrafiya süitası” adlı tamaşa hazırlanıb.
Tamaşanın Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdimatına mədəniyyət və ictimaiyyət nümayəndələri, gənc fəallar qatılıblar.
Xoreoqrafik səhnə əsərində P.İ.Çaykovski, V.A.Motsart, A.L.Vivaldi, G.Maler, Ş.F.Quno kimi dünya bəstəkarlarının əsərləri əsasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib.
Tamaşanın bədii rəhbəri BXA-da rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, quruluşçu xoreoqrafı Əməkdar müəllim Pellumb Aqalliyay, xoreoqraf-repetitoru isə Pərvin Nəcəfovadır.
Tələbələrin çıxışı seyrçilərdə dərin təəssürat oyadıb. Tamaşa böyük maraqla qarşılanıb.