Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin seçim turu gerçəkləşib.
Seçim turunda iştirak edən 13 nəfər iştirakçını Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artist Fərqanə Qasımova və Yazıçılar Birliyinin katibi İlqar Fəhmidən ibarət münsiflər heyəti qiymətləndirib.
İştirakçıları Gəncə filarmoniyası Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı müşayiət edib.
Sonda münsiflər heyətinin qərarına əsasən, iştirakçılardan Tunar Salahov, Abbas Mənsumov, Səlim Əliyev, Nuranə Tanrıverdiyeva, Səxavət və Nəriman Məmmədov qardaşları seçilərək növbəti mərhələdə yarışmaq hüququ qazanıblar.