Azərbaycan Dövlət Pantomima Teatrında 16-17 aprel tarixlərində “Yük” tamaşasının premyerası olacaq.
Teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin hazırladığı tamaşanın məşqləri hələ pandemiyadan öncə başlanmışdı. “Uzaqda bir nəfər var” devizli səhnə işinin plastik həll üzrə rejissoru Sahib Novruzov, quruluşçu rəssamı Xəyyam Səmədov, musiqi tərtibatçısı Bəhruz Əhmədlidir.
Tamaşada Əməkdar artistlər Bəhruz Əhmədli, Elman Rəfiyev, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elxan Şahəliyev, Elvin Qiyaslı, Elnur Abbasquliyev və başqaları rol alıblar.