Aprelin 12-də paytaxtda fəaliyyət göstərən N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə "Şuşa bizimdir" mövzusunda tədbir keçirilib. "Şuşa İli"nə həsr olunan tədbir Məmməd Səid Ordubadinin Xatirə Muzeyi və təhsil ocağında "Gənc bələdçilər" dərnəyinin təşkilatçılığı ilə gerçəkləşib.

Məktəbin direktoru Nəcibə Axundova, Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə, "Gənc bələdçilər" dərnəyinin rəhbəri Aygün Zamanlı və başqaları çıxış edərək Şuşanın tarixi və mədəni zənginlikləri barədə söhbət açıblar.

Tədbirin bədii hissəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbələri, Respublika uşaq-gənclər inkişaf mərkəzi, 45 nömrəli məktəbin "Gənc bələdçilər" dərnəyi üzvlərinin ifasında rəqslər, şeirlər, musiqi nömrələri təqdim edilib.

Sonda muzeyin direktoru Lalə Abaszadə DİA-nın tələbələrini və "Gənc bələdçilər" dərnəyinin üzvlərini muzeylə fəal əməkdaşlıq etdiklərinə görə fəxri fərmanla təltif edib.

Nurəddin