“Şuşa İli” münasibətilə ölkəmizin mədəniyyət ocaqlarında müxtəlif səpkili tədbirlər, konsertlər təşkil edilir, 270 yaşlı şəhərimizin tarixi-mədəni zənginlikləri, əsrarəngiz təbiəti tərənnüm olunur.

Aprelin 15-də Bülbülün Bakıdakı memorial muzeyində təşkil olunan konsert də “Şuşa İli”nin musiqili tədbirlərindən biri kimi yaddaşlara yazılıb. Konsert Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayıb, müzəffər Azərbaycan Ordusunun şanlı Qələbəsindən, dövlət başçısının sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən danışıb.

Sonra İncəsənət Gimnaziyası şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.