Rusiyanın Tümen şəhərində məşhur azərbaycanlı geoloq, Qərbi Sibirdə neft yataqlarını kəşf edən elm xadimi, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanova (1931-2007) həsr olunan sərgi açılıb.

"Qara qızıl” adlı sərgi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR), Tümen şəhərinin “Dzerjinets” təşkilatı və “Həyata səyahət” uşaqlara və yeniyetmələrə dəstək fondunun təşkilatçılığı ilə “İnşaatçı” Mədəniyyət Sarayında keçirilib. Sərgidə Tümen şəhəri uşaqlarının yüzdən çox əl işi yer alıb.

Tümen Vilayəti Dumasının deputatları və şəhər rəhbərliyinin iştirakı ilə baş tutan sərginin təntənəli açılışından sonra qaliblərə mükafat və diplomlar təqdim edilib.

Tədbirdə Fərman Salmanov haqqında “Sibir saqası” sənədli filmi də nümayiş olunub.