“Arlekin” sirki Sabirabad rayon Mədəniyyət Mərkəzində balacaların qonağı olub. Sirkin nömrələrini izləməyə şəhid və qazi övladları da dəvət edilib.
Şən klounlar, kəndirbaz, illüziyaçı və akrobatlar müxtəlif nömrələrlə çıxış edib, əhliləşdirilmiş meymun, boru üzərində gəzən pişiklər, halqalarla rəqs edən göyərçinlər, həmçinin veloşou balaca tamaşaçıların marağına səbəb olub.
Ümumilikdə 15-ə yaxın biri-birindən maraqlı, orijinal nömrə təqdim edən kollektiv uşaqlara unudulmaz anlar yaşadıb. Müxtəlif heyvanların bənzərsiz çıxışları, toplarla nümayiş etdirilən şoular və uşaqların iştirakı ilə göstərilən səhnələr xüsusi alqış doğurub. Sirkin nümayişlərində 2500 nəfərə yaxın tamaşaçı iştirak edib.