25-28 aprel tarixində Azərbaycan Milli Konservatoriyasında (AMK) Kamança festivalı keçirilir.

“Şuşa İli” münasibətilə ölkəmizdə ilk dəfə gerçəkləşən festivalda peşəkar kamança ifaçıları iştirak edir. Festivalın bədii rəhbəri AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimidir.

Festivalın ilk günündə təhsil ocağının böyük zalında tanınmış kamança ifaçıları – Xalq artisti Fəxrəddin Dadaşov, Əməkdar artistlər Toğrul Əsədullayev, İsmayıl Həmidov, Elnur Əhmədov, ifaçılar Toğrul Orucov, Oqtay Şərifovun çıxışları təqdim olunub.

Qeyd edək ki, AMK-da bundan əvvəl, 4-7 aprel tarixində “Şuşa İli” çərçivəsində Tar festivalı keçirilmişdi.

Lalə