Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbində “Şuşa İli”nə həsr olunan konsert keçirilib. Konsertdə məktəbin fortepiano ixtisası üzrə şagirdləri (müəllimlər – Səadət Əliyeva, İradə İbrahimova) Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Məktəbin direktoru Sevil Ələkbərova iştirakçıları salamlayaraq konsertin “Şuşa İli”nə həsr olunduğunu bildirib: “Biz xoşbəxtik ki, Şuşamız azaddır və konsertimiz bu doğma diyara həsr olunur. Kollektiv olaraq çalışdıq ki, pandemiya şagirdlərin bacarıqlarına mənfi təsir etməsin. Belə konsertləri bacarıqlı şagirdlərin gələcəkdə böyük uğurlarının başlanğıcı kimi də dəyərləndirmək olar”.

Sonra məktəbin şagirdləri Məryəm Zərbəliyeva, Fidan Adıgözəl, Aneliya və Yasiba Zdanoviç bacıları, Fatimə Rüstəmli, Toğrul Zeynallı, Kərim Şirməmmədli, Nərmin Əyyublu, Aydan Nəbiyeva, Cavid Babayev, Nuray Qəhrəmanlı, Həbib Babayev, Rahim Qəhrəmanlı, Leyla Kərimli, Suqra Məmmədova maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Konsertdə T.Quliyev, P.Çaykovski, V.Motsart, E.Qnesina, F.Əmirov, İ.Berkoviç, B.Musorqski, E.Nəzirova və digər bəstəkarların əsərləri səsləndirilib.

Tədbirdə qonaq qismində iştirak edən Əməkdar artist Səidə Şərifəliyeva (vokal) S.Raxmaninovun “Yanımda oxuma, ey gözəl” romansını ifa edib.