Sabirabad RMİ tərəfindən kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.  Layihənin məqsədi kənd əhalisinin asudə vaxtının səmərəli təşkili, yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması, yaradıcı gənclərin aşkar olunması və tanıdılmasıdır.

Layihə çərçivəsində Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evi, Nəsimikənd “Adıgün” Mədəniyyət evi və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Dərviş Parisi partladır” tamaşası səhnəyə qoyulub. Əsər tamaşaçılar tərəfindən maraqla izlənilib.

Nurəddin