Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Gözlərə nur saçan nur üzlü ana” adlı tədbir təşkil edilib. Zərifə Əliyevanın ömür yoluna həsr edilən film nümayiş etdirildikdən sonra akademikin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərə baxış keçirilib.
Xaçmaz RMİ Xaçmaz rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Şəfqətli əlləri ilə gözlərə nur bəxş edən nəcib xanım” adlı tədbir keçirilib. Çıxışlarda Zərifə Əliyevanın zəngin elmi irsi, ölkəmizdə oftalmologiyanın inkişafında xidmətlərindən söz açılıb.
Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Zərifə Əliyevanın XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.
Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən “İşıqlı dünya” adlı tədbirdə Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzi və MKS-nin birgə təşkilatçılığı ilə gerçəkləşən “Gözlərə işıq verən zərif insan ömrü” mövzulu tədbirdə Zərifə Əliyevanın ölkəmizdə oftalmologiya elminin inkişafında, həkimlərin yeni nəslinin yetişməsində rolundan söhbət açılıb.
Gəncə RMİ Goranboy rayon Heydər Əliyev Mərkəzində “Nəsillərə örnək olan ömür yolu” mövzusunda tədbir təşkil edilib.
Şəki RMİ Balakən rayon Heydər Əliyev Mərkəzində “Zərifə Əliyeva – gözlərə şəfa verən insan” adlı mühazirə oxunub, “Zərifə Əliyeva dünyası – nur və şəfqətlə dolu aləm” adlı film nümayiş etdirilib.
Bərdə RMİ Bərdə rayon MKS-nin 4 nömrəli şəhər kitabxana filialı “Gözəl ana, qayğıkeş həkim – Zərifə Əliyeva” adlı tədbir keçirib.
N.Məmmədli