Bölgələrdə “Şuşa İli” münasibətilə keçirilən tədbirlərdə 270 yaşlı mədəniyyət paytaxtımızın tarixinə nəzər salınır, ədəbiyyat və sənət zənginliklərindən söz açılır, musiqilərlə tərənnüm edilir.

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli” ilə əlaqədar “Sən dağların başında mirvarisən, incisən” adlı bədii qiraət müsabiqəsi keçirilib. Sumqayıt şəhər 15 saylı məktəbin şagirdi Mələk Namazova I, Kərəm Arifzadə, 29 saylı məktəbin şagirdi Selcan Vəlizadə II, həmin məktəbin şagirdi Mədət Mehrəliyev, həmçinin 5 saylı məktəbin şagirdi Dilbər Məmmədova və Anar Şükürov adına 25 saylı məktəbin şagirdi Şükür İsgəndərli III yeri qazanıblar.

Abşeron rayon Mədəniyyət Mərkəzində Xırdalan şəhər Onbirillik musiqi məktəbi şagirdlərinin “Əziz Şuşa, sən azadsan!” adlı konserti keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev və digər qonaqlar çıxış ediblər. Konsertdə bəstəkar və xalq mahnıları səsləndirilib.

***

Şəki RMİ Zaqatala rayon Mərkəzi Kitabxanası, rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Milli qürurumuz – Şuşa” adlı tədbir keçirilib. Tədbirdə Qarabağda aparılan quruculuq işlərindən, Şuşanın Azərbaycan üçün əhəmiyyətindən bəhs edilib.

Nurəddin