Mayın 5-i Xalq şairi, Dövlət mükafatı laureatı, "Şərəf" və "İstiqlal" ordenli Fikrət Qocanın (1935-2021) vəfatının birinci ildönümüdür.

Görkəmli şairin vəfatının ildönümündə Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Mərasimdə mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şair haqqında xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatına töhfələrindən söz açıblar.

Qeyd edək ki, abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.