“Şuşa İli” ilə bağlı tədbirlər çərçivəsində Səməd Vurğunun Ev-Muzeyi və “AYTAM” Uşaq və Gənclərin Mədəni Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Salam, Molla Pənah Vaqif” adlı tədbir keçirilib.

Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova Şuşa şəhərinin xalqımızın tarixi-mədəni irsində müstəsna yerindən bəhs edib.

İctimai birliyin sədri Aygün Zamanova Səməd Vurğunun ocağında belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.  Qeyd edib ki, Molla Pənah Vaqifi geniş mənada Azərbaycana tanıdan Səməd Vurğunun “Vaqif” dramı olub.

Dövlət İdarəçilik Akademiyasının tələbələri Səməd Vurğunun “Vaqif” dramından parça nümayiş etdiriblər və şairlərimizin Qarabağla bağlı şeirlərini söyləyiblər.

Sonda tədbir iştirakçılarına muzey adından təşəkkürnamələr təqdim edilib.