Masallı RMİ Masallı Dövlət Rəsm Qalereyasında 5-ci “Art Zone” simpoziumu iştirakçılarının sərgisi keçirilib.
“Art Zone” simpoziumu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi, “Nəfəs – insanlığa dəstək”, “Avrasiya beynəlxalq araşdırmalar institutu”, “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliklərinin təşkilatçılığı ilə gerçəkləşib. Layihənin məqsədi ölkəmizin mədəni həyatına fərqli baxış və yeniliklər gətirmək, fırça ustalarını tanıtmaq, rəssamlıq ənənələrinin gənc nəsillərə ötürülməsinə töhfə verməkdir.
Simpoziumun sərgisi mayın 20-dək davam edəcək.
Nurəddin