Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir müddət əvvəl paytaxtda başlanan “Təmiz heykəl” layihəsi bölgələrdə də davam edir.

Layihə çərçivəsində mayın 6-da Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin rayon mərkəzində yerləşən heykəli yuyulub. Abidənin ətrafında təmizlik, abadlıq işləri görülüb.

Nurəddin