Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Lənkəran Dövlət Dram Teatrı və Həzi Aslanov adına 3 saylı Lənkəran şəhər tam orta məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, elmə, təhsilə, mədəniyyətə verdiyi töhfələr barədə danşıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Ülviyyə Əliyeva, Həzi Aslanov adına 3 saylı Lənkəran şəhər tam orta məktəbin direktoru Aqil Sadiyev və digər çıxış edənlər Heydər Əliyevin müasir Azərbaycan dövlətçilik ənənələrinin formalaşmasında rolundan bəhs ediblər.
Tədbirdə teatrın və orta məktəbin birgə layihəsi əsasında şagirdlərin ifasında ulu öndərin əziz xatirəsinə ithaf edilmiş ədəbi-bədii kompozisiya və Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” alleqorik tamaşası (ideya müəllifləri Tofiq Heydərov və Aqil Sadiyev, quruluşçu rejissoru Günel Hüseynova) nümayiş etdirilib.