Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Müşfiqabad qəsəbə Mədəniyyət evində “Tarix yazan şəhidlər” adlı tədbir keçirilib.
Tədbir 44 günlük Vətən müharibəsində xalqımıza ədəbi Zəfər duyğusu yaşatmaq üçün misilsiz şücaət göstərərək şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsinə həsr olunub.
Baş idarədən bildirilib ki, tədbirdə şəhid ailələri, 320 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Müşfiqabad qəsəbəsindən olan hər bir şəhid haqqında, onun həyatı, döyüş yolu barədə geniş məlumat verilib.
Sonra II Qarabağ müharibəsində şanlı Ordumuzun qazandığı uğurları və böyük Qələbəni xronoloji ardıcıllıqla işıqlandıran videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları Müşfiqabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.