İyunun 20-də AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Qarabağın qadın şairləri” mövzusunda elmi konfrans keçiriləcək. Konfrans görkəmli Azərbaycan şairi, xeyriyyəçi, rəssam Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyinə həsr olunacaq.

Prezident İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illiyi haqqında 14 mart 2022-ci il tarixli sərəncamına əsasən təşkil olunacaq elmi konfransda iştirak etmək istəyənlər X.Natəvan başda olmaqla Qarabağın qadın şairlərinin həyat və yaradıcılığının tədqiqini əhatə edən ilk olaraq 150-200 sözdən ibarət məruzə özətlərini 10 iyun 2022-ci il tarixinədək xursidbanu.natavan@mail.ru elektron poçt ünvanına göndərməlidirlər.