Dünyanın məşhur çoxdilli xəbər kanalı olan “Euronews” Şuşada keçirilən 5-ci “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı haqqında video yayımlayıb.

“Euronews” kanalı festivalla bağlı videomaterialı “Cümə axşamı, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” adlı V Beynəlxalq Folklor Festivalı işə başlayıb” başlığı ilə təqdim edib.