Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı tədbir keçirilib.

Bərdə RMİ-nin təşkilatçılığı ilə Bərdə türbəsində “15 may – Beynəlxalq Ailə Günü” mövzusunda tədbir keçirilib. Tədbirdə RMİ-nin rəisi Vəsilə Möhsümova çıxış edib. Bildirib ki, BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə 15 may tarixinin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

Ağdaş RMİ Zərdab rayon Heydər Əliyev Mərkəzində “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” mövzusunda tədbir keçirilib. Çıxışlarda ailə dəyərlərindən, bu dəyərlərə yüksək qiymət verilməsinin əhəmiyyəti vurğulanıb.

Masallı RMİ Cəlilabad rayon MKS-də “Ailəmizi qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Qənimət İsrafilova çıxış edib.

Nurəddin