Beynəlxalq Muzeylər Günü çərçivəsində keçirilən Avropa muzeylərinin “açıq qapı” və “muzeylər gecəsi” aksiyasında Türkiyənin Çanaqqala Troya Muzeyi də təmsil olunub.
Troya Muzeyinin direktoru Rıdvan Gölcük bildirib ki, Avropa Şurası, UNESCO və Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən təşkil edilən tədbirdə Türkiyə 17 ildir iştirak edir. Bu il Troya Muzeyi də bu muzeylər arasındadır.
Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin bağçasındakı zeytun bağında Troya əfsanəsi və Homerin “İliada” dastanından animasiya səhnələri Troya Muzeyinin 3D görüntüsü ilə ilk dəfə seyrçilərə təqdim olunub.
Muzeyin direktoru qeyd edib ki, bu formatda xüsusi gecələr ilboyu daha beş dəfə təşkil ediləcək.
Mehparə Sultanova
Ankara