Tanınmış televiziyaçı, Əməkdar incəsənət xadimi Fuad Vəlixanov mayın 16-da, 81 yaşında vəfat edib.

Vəlixanov Fuad Zülfüqar oğlu 1 may 1941-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vışka” qəzetlərində, “Kommunist” nəşriyyatında çalışıb.

1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, şöbə müdiri, baş redaktor müavini işləyib. 1992-2006-cı illərdə özəl telekanallarda (BMTİ, ANS, “Lider” televiziyası) bədii rəhbər, proqramlar direktoru və s. vəzifələrdə çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasına qayıdaraq proqramlar direktoru, Müəllif proqramları və xüsusi layihələr departamentinin direktoru işləyib.

2006-cı ildə “Əməkdar incəsənət xadimi” adına layiq görülüb. Son olaraq İctimai Televiziyada çalışıb.

Allah rəhmət eləsin.