Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə Şuşa rayonu və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir.

İki mərhələdən (I mərhələ regionlar üzrə, II mərhələ final mərhələsi) ibarət festival 9-12 və 13-17 yaş qrupları üzrə keçirilir. Festivalın mayın 20-dək nəzərdə tutulan I mərhələsinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri tərəfindən keçirilməsi nəzərdə tutulub. Artıq Sabirabad, Kürdəmir, Ağstafa, İsmayıllı, Ağcabədi, Ağdaş, Biləsuvar, Lənkəran, Masallı, Şəki, Gəncə və Bərdə RMİ-lərin tabeliyindəki uşaq musiqi məktəblərində hər iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında seçim aparılıb.

Münsiflər heyətinin qərarına əsasən, region mərhələsi üzrə 1-ci yerlərin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın finalı Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcək.

Nurəddin