Sumqayıt RMİ Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbi Fortepiano şöbəsinin şagirdləri Gülayə Allahverdizadə, Səid Vəlizadə, Atilla Quliyev, Məryəm Abbasova, Aylin Dadaşlı, Solmaz Həsənzadə, Valeriya Olxovaya Bakıda keçirilən İncəsənət olimpiadasında I, Aylin Dadaşlı, İnci Vəlizadə, İbrahim Məmmədzadə II, Ceyran Talıblı, Fidan Həsənli, Mədinə Hacıyeva, Zəhra Kərimova, Səma Vəlizadə, Şəfiqə Əliyeva, Nisə Məlikova, Nəzrin Rüstəmova isə III yerə layiq görülüblər.

Sözügedən müsabiqədə Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin şagirdləri də uğur qazanıblar. Fortepiano şöbəsinin 5-ci sinif şagirdləri Fidan Şükürlü laureat adını alaraq diplomla, Nəzrin Şükürzadə isə 3-cü yerə layiq görülərək medal və diplomla mükafatlandırılıb.

Olimpiadada iştirak edən Zəngilan şəhər Uşaq musiqi məktəbi saz şöbəsinin 1-ci sinif şagirdi Sənan Namazov I, 3-cü sinif şagirdi Asi Qəmbərov isə II yerə layiq görülüb.

Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin kamançaçılar ansamblı “Astana ulduzları” beynəlxalq onlayn vokal-instrumental yarışmasında I dərəcəli laureat adına layiq görülüb.

Nurəddin