Bu il “Muzeylərin gücü” devizi altında keçirilən 18 may – Beynəlxalq Muzeylər Günü regional mədəniyyət idarələri və tabe müəssisələri tərəfindən müxtəlif tədbirlərlə qeyd olunub.

Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə RMİ-nin tabeliyindəki Gəncə Qala Qapıları Etnoqrafiya Muzeyi və Nizami Gəncəvi Muzeyinə ekskursiya təşkil edilib.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin əməkdaşları tərəfindən Quba Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.

***

Sumqayıt RMİ Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərin gücü – Şuşa muzeyləri” adlı tədbir keçirilib. Çıxış edənlər tariximizi əks etdirən mənəvi dəyərlərimizin qorunduğu, təbliğ edildiyi muzeylərin zənginliyindən və aktuallığından bəhs ediblər. Vaxtilə qala-şəhərimizdə fəaliyyət göstərən muzeylərin erməni vandalları tərəfindən dağıdılıb talan edildiyi diqqətə çatdırılıb.

***

Sabirabad RMİ Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları Beynəlxalq Muzeylər Günü  ilə əlaqədar Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

***

İsmayıllı RMİ İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar sərgi keçirilib. İsmayıllı RMİ-nin rəis müavini Həsrət Şabilinin də iştirak etdiyi sərgidə müxtəlif dövrlərə aid eksponatlar, rəsm əsərləri nümayiş olunub.

Qəbələ rayon Mədəniyyət Mərkəzinin Zalam kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna “Tarixi abidələrimizi tanıyaq” adı altında ekskursiya təşkil edilib.

***

Ağdaş RMİ Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində “Muzeylər nəsildən-nəslə bir yadigardır” adlı ədəbi-bədii kompozisiya təşkil edilib.

***

Kürdəmir RMİ Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən tədbirdə idarə rəisi Faiq Xudanlı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Şəmkir RMİ Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində əlamətdar günlə bağlı tədbir keçirilib. Tədbirdə idarə rəisi Azər Rəcəbov və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva və digər qonaqlar iştirak ediblər.

***

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Muzeylərin gücü” adlı tədbir keçirilib. RMİ-nin rəisi Bəxtiyar Qılıncov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayevanın mövzu ilə bağlı çıxışları dinlənilib.

***

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində “Muzeylər sərvətimizdir” adlı tədbir keçirilib. Qaradağlı və Mahrızlı kənd tam orta məktəblərinin şagirdləri vətənpərvərlik ruhunda və qəhrəman əsgər Rahib Məmmədovun (1967-1987) xatirəsinə həsr olunmuş şeirlər söyləyib, “Xarıbülbül” rəqsini ifa ediblər.

***

Biləsuvar RMİ Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları əlamətdar gün münasibətilə Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada olublar.

Biləsuvar Tarix Diyarşünaslıq Muzeyində isə Beynəlxalq Muzeylər Günü münasibətilə sərgi keçirilib.

***

Ağstafa RMİ Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Hər muzey bir abidədir” başlığı altında tədbir keçirilib. Tədbirdə Ağstafa rayon 2 saylı tam orta, S.Vurğun qəsəbə orta məktəbləri şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Nurəddin Məmmədli