"TEKNOFEST" müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı düstur edən bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub yaşıllaşdıracaq, yüksək texnologiyanı bütün cəmiyyətlə birlikdə inkişaf etdirmə səfərbərliyidir”.

"BAYKAR" şirkətinin texniki direktoru Selçuk Bayraktar bu sözləri mayın 28-də "TEKNOFEST-Azərbaycan"da çıxışı zamanı deyib.

O bildirib ki, mayın 27-də işğaldan azad olunmuş qədim Şuşada, Cıdır düzündə azad şəkildə yürüş edərkən bu ruhu daha dərindən hiss edib.

“TEKNOFEST”i niyə keçiririk?” deyə soruşduğum universitet tələbəsi gənc bir qız bu ruhu belə ifadə edərək dedi: “Dünya türkün gücünü görsün, yerini bilsin”. Biz də bu yola bu amalla çıxmışıq, “TEKNOFEST”in şüarının artıq düşüncələrdə yer aldığını görürük. Qoy dünya türkün gücünü görsün və yerini bilsin. Bundan sonra bizə düşən türk uşaqlarının yolunu açmaq üçün dayanmadan çalışmaqdır. İnanıram ki, bu yarışlardan çıxacaq gənc qardaşlarımız bu ruhdan aldıqları feyzlə irəliləyəcək və tam müstəqillik mübarizəsində ən irəlidə olacaqlar", – Selçuk Bayraktar deyib.