İyunun 1-də Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Heydər Əliyev və uşaqlar” adlı konsert keçirilib.
Gəncə şəhər uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin birgə təşkil etdikləri tədbir şəhərin Heydər Əliyev Park Kompleksində yerləşən ümummilli liderin abidəsini ziyarətlə başlayıb.
Sonra Gəncə şəhəri F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin nəfəsli alətlər orkestrinin ifasında “Vətənim Azərbaycan” adlı musiqi səslənib. Qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada Gəncə Dövlət Kukla Teatrının kollektivi Əhməd Orucun “Zınqırovlu pişik” əsəri əsasında tamaşa nümayiş etdirib. Tamaşanı şəhid və qazi ailələrindən uşaqlar və “SOS” uşaq kəndi”nin sakinləri izləyiblər.
Daha sonra Heydər Əliyev Mərkəzində konsert proqramı təqdim olunub. Gəncə RMİ-nin rəisi Vasif Cənnətov uşaqları təbrik edib.
Rəngarəng ifalardan ibarət konsert maraqla qarşılanıb.
Nurəddin