İyunun 7-də Bakıda “100 faizlik klassiklər: fransız kino həzzi” adlı film nümayişləri başlayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən film nümayişləri “Azərbaycan” kinoteatrında reallaşacaq.
AKİ-dən bildirilib ki, filmlər fransız dilində, Azərbaycan və ingilis altyazıları ilə təqdim olunacaq.
İyunun 7-də “Atalanta” (1934, rejissor Jan Viqo), iyunun 14-də “Baltazar” (1966, Rober Bresso) filmlərik təqdim olunacaq. İyunun 21-də isə rejissor Kris Markerin iki filmi – “Uçuş zolağı” (1962) və “Sibirdən məktublar (1957) nümayiş olunacaq.