Azərbaycan

 

8 iyun 1885 – Arxeoloq Davud Mikayıl oğlu Şərifov (1885-1952) Tiflisdə doğulub. Azərbaycan Dövlət Tarix Muzeyinin müdiri olub, arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazıb.

8 iyun 1900 – Heykəltəraş İbrahim Hilal oğlu Quliyev (1900-1938) anadan olub.

8 iyun 1981 – Azərbaycanın ilk professional qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (18.4.1897 – 1981) vəfat edib. Milan Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

 

9 iyun 1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 – 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.

9 iyun 1960 – Tanınmış rəssam Ucal Həsən oğlu Haqverdiyev (1960-2004) Bakıda anadan olub. Əsərləri Fransa, Avstriya, Almaniya, Türkiyə və s. ölkələrdə sərgilənib.

9 iyun 1984 – Naxçıvanda böyük şair-dramaturq Hüseyn Cavidin Ev-Muzeyi açılıb.

9 iyun 1989 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915 – 1989) vəfat edib. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib. Mahnı Teatrını yaradıb.

9 iyun 2002 – Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin (heykəltəraş – Əməkdar rəssam Görüş Babayev) açılışı keçirilib. Mərasimdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.

9 iyun 2021 – Xalq artisti, aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (20.7.1948 – 2021) vəfat edib. “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib.

 

10 iyun 1904 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 – 27.12.1975) anadan olub. Elmi tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.

10 iyun 1910 – Əməkdar artist Anatoli Semyonoviç Urvantsev (1910-1971) anadan olub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.   

10 iyun 1933 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (1933 – 28.11.2009) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.

10 iyun 1938 – Şair, tərcüməçi Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev; 1938 – 7.1.2022) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.

10 iyun 1959 – Аzərbaycan SSR Nаzirlər Sоvеti “Аzərbаycаn SSR-də xаlçа və xаlçа məmulаtı istеhsаlını dаhа dа аrtırmаq və keyfiyyətini yаxşılаşdırmаq tədbirləri hаqqındа” qərar qəbul edib.

10 iyun 1982 – Bakıda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün Xatirə Muzeyi açılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

10 iyun 1983 – Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmov (12.5.1912 – 1983) vəfat edib.

10 iyun 1989 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12.3.1906 – 1989) vəfat edib.

 

Dünya

 

8 iyun 1810 – Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 – 29.7.1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.

8 iyun 1837 – Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.

8 iyun 1916 – İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini; 1916-2005) anadan olub. Komediya janrında filmlər (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə”) çəkib.

 

9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s.

9 iyun 1891 – Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter; 1891-1964) anadan olub.

 

10 iyun 1819 – Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet; 1819-1877) anadan olub.

10 iyun 1915 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow; 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.

10 iyun 1929 – Rus müğənnisi, SSRİ-nin, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.

10 iyun 2008 – Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.

Hazırladı: Vüqar Orxan