Sabirabad RMİ Şirvan şəhər Mədəniyyət Mərkəzində “Dahilər yurdu – Şuşa” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şirvan Dövlət Rəsm Qalereyası, Şirvan şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və yaradıcılıq dərnəkləri üzvlərinin əl işlərindən, Şuşanın tarixi və mədəniyyətini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Şirvan şəhər 21 nömrəli tam orta məktəbin şagirdlərdən ibarət rəqs kollektivinin ifasında “Şuşanın dağları” adlı rəqs iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra Mədəniyyət Mərkəzində həvəskar rejissor-ssenarist Elşən İsmayılın “Dahilər yurdu – Şuşa” adlı tamaşası nümayiş olunub. Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, tanımış ziyalıları haqqında məlumat və epizodlar tamaşaçılarda Şuşanın keçmişi və bu günü barədə geniş təəssürat yaradıb.

Sonda Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və Şirvan Şəhər İcra Hakimiyyətində şöbə müdirinin müavini Adəm Hüseynov aktyor heyəti ilə görüşərək onları təbrik edib, yaradıcılıq uğurları arzulayıblar.

Nurəddin