10-12 iyun tarixində Bakıda Formula 1 Azərbaycan Qran-prisi keçiriləcək. İkiillik aradan sonra Formula 1 fanatları da, nəhayət, tribunalara qayıdır.

Məşhur avtoidman yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, ötən il isə azarkeşlərin iştirakı olmadan baş tutmuşdu. Sürət azarkeşlərinin səbirsizliklə gözlədiyi Formula 1 Azərbaycan Qran-prisinin həyəcanını bu il birbaşa tribunadan yaşamaq mümkün olacaq.

Bu il də bilet sahibləri Dənizkənarı Milli Park ərazisində əyləncə proqramlarına qatıla biləcəklər. Balaca azarkeşlər də darıxmayacaq. Uşaqlar və yeniyetmələr üçün xüsusi ayrılmış “Game Park” onların ürəyincə olacaq. “Game Park”da ekstremal əyləncələr olacaq.

Zonada “Upside down”, “Climbing wall”, “Helmet bouncy castle”, “Trampoline”, “Have a ride” və “Roll it” əyləncə proqramları təqdim olunacaq.

Qeyd edək ki, Bakıda Formula 1 yarışması ilk dəfə 2016-cı ildə keçirilib.

Cavid