Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib. Prezident İlham Əliyev iyunun 7-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibi aşağıdakı redaksiyada verilib:

Müşahidə Şurasının sədri – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri.

Müşahidə Şurasının üzvləri – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini, Azərbaycan Respublikası təhsil nazirinin müavini, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini,  Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri, Azərbaycan Könüllü Təşkilatları İttifaqı İdarə Heyətinin üzvü, “Azərbaycanlı Tələbələr və Məzunlar Platforması” İdarə Heyətinin üzvü.