Azərbaycan qədim mədəniyyət beşiyi Şuşanın tarixinin, mədəni və ədəbi irisinin təbliği məqsədilə Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa İli” çərçivəsində silsilə materiallar hazırlanıb.

Azərbaycan və rus dillərində hazırlanan materiallarda Şuşa şəhərinin yaranma tarixi, Şuşa qalası haqqında məlumatlar, XVIII əsrin ikinci yarısında Şuşa şəhərinin Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhərinə çevrilməsi, burada  mədəniyyət və incəsənətin, sənətkarlığın inkişaf etməsinə dair maraqlı faktlar təqdim olunur.

Materiallarda “Xarıbülbül” festivalından da bəhs edilir. Həmçinin bu il may ayında keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının və festivalda iştirak edən Respublika Gənclər Kitabxanası əməkdaşlarının çəkdiyi, Şuşa şəhərinin hazırkı görünüşünü, füsunkar gözəlliyini əks etdirən fotolar təqdim edilir.

Sözügedən materiallar kitabxananın saytında yerləşdirilib: https://www.ryl.az/virtual/multimediya?page=1