Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində tədris ilinin yekunu ilə bağlı hesabat konserti verib.

İdarədən bildirilib ki, konsertdə məktəbin müəllim və şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini solo, eləcə də ansamblla ifa ediblər. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Baş idarənin rəisi İbrahim Əliyev, musiqi və incəsənət məktəblərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Şuşa İli” çərçivəsində baş tutan hesabat konserti şagirdlərin parlaq çıxışları və tamaşaçı alqışları ilə yadda qalıb.