İyunun 8-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazar,  Azərbaycan Jurnalistlər Birliyinin üzvi Əziz Sultanın “Zəfər yolunda 44 gün” kitabının təqdimatı keçirilib.

Kitab  “Könüllülük fəaliyyətinin təbliği” Gənclər İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı əsasında həyata keçirdiyi layihə əsasında nəşr edilib.

Tədbirdə 8 və 21 saylı tam orta  məktəbin müəllim və şagird kollektivi, digər qonaqlar iştirak ediblər.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova gənc yazarın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Bildirib ki, 2013-cü ildən bu yana müəllifin “Adəmin yuxusu”, “Ən gözəl hədiyyə”, “Xəzinə”, “Sehrli sandıq”, “Vətən çağıranda”, “Hekayələrlə hikmətlər”, “Qarışqa uşaq” kimi nağıl, hekayə və fantastik janrda macəra kitabları nəşr olunub. Əziz Sultan tarixi şəxsiyyətlərin gənc nəsillərə tanıdılması məqsədi ilə qələmə aldığı “Seyid Yəhya Bakuvi”, “Qardaşlıq dastanı və Nuru paşa”, “Bakıdakı son osmanlı – Novruz baba” kimi əsərlərin də müəllifidir.

Digər çıxış edənlər kitabın əhəmiyyətindən söz açdılar.

Məktəblilər Vətənə, şəhidlərə və bayrağa həsr olunmuş şeirlər söyləyib, “Xudayar təsnifi”ni ifa ediblər.

Tədbirin sonunda yazarın imzalı kitabı uşaqlara hədiyyə edilib.