14-18 iyun tarixində Türkiyənin Qaziantəp şəhərində VII Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivala 48 ölkədən 370 film göndərilib.

Festivalın münsiflər heyətində Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, rejissor Fehruz Şamıyev və prodüser, rejissor Fariz Əhmədov da təmsil olunacaqlar.

Dünyanın ən yaxşı turizm filmlərinin yer aldığı festival sağlamlıq, idman, inanc, qonaqpərvərlik, təbiət turizmi, arxeoloji, mədəniyyət turizmi və s. kateqoriyaları əhatə edir. Ümumilikdə 25 nominasiya üzrə mükafatlar təqdim olunacaq.