Mədəniyyət Nazirliyinin və YARAT Müasir İncəsənət Məkanının birgə layihəsi olan “Mədəni yenilənmə” layihəsi davam edir.
İyunun 16-17-də layihənin qonağı teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Bədəlbəyli olacaq.
Görüş çərçivəsində “Böyük mistifikasiyalar” sənədli filmlər silsiləsinin bir buraxılışı nümayiş olunacaq, müzakirəsi aparılacaq.
YARAT Müasir İncəsənət Məkanında reallaşacaq tədbirdə həmçinin “müəllif teatrı” mövzusunda və postmodern teatrın perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.