Braziliya Federativ Respublikasının ölkəmizdəki səfiri Manuel Monteneqro Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib.
BMM-in direktoru, Xalq artisti Murad Hüseynov səfirə mərkəzin fəaliyyəti haqqında məlumat verib, həyata keçirilən layihələrdən söz açıb. Görüşdə səfirlik və BMM arasında mədəni sahədə əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin reallaşa biləcək layihələr ətrafında müzakirələr aparılıb.
Diplomat mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə konsert fəaliyyəti və ümumi maraq kəsb edəcək tədbirlərlə bağlı təkliflərini irəli sürüb.
Görüşdə iyunun 27-də BMM-də Braziliyanın populyar “Choronas” instrumental musiqi qrupunun konsertinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
1994-cü ildə yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində çıxış edib.