İyunun 15-də Şuşada şəhərində "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri: Qafqaz və region üçün sülh və sabitlik" mövzusunda konfrans keçiriləcək.

Konfrans 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin ildönümünə həsr olunub.

Konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri iştirak edəcəklər.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da Şuşa konfransına qatılmaq üçün iyunun 15-də Azərbaycana səfər edəcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Mehmet Nuri Ersoy “Şuşa Bəyamnaməsindən sonra Türkiyə-Azərbaycan münasibətləri və bu münasibətlərin inkişafı” adlı paneldə çıxış edəcək.

Mehparə Sultanova
Ankara