İyunun 20-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) “Cənnətim Qarabağ” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.

ATXİ-nin Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi müsabiqə Azərbaycan bədii fikrinin görkəmli siması, şairə və xeyriyyəçi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyinə həsr olunub.

ATXİ-nin böyük zalında keçiriləcək müsabiqə saat 15:00-da başlayacaq.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 16.