Görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin (1802-1870) 220 illiyi ilə əlaqədar sentyabrın 20-də beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın təşkilatçısı – AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan bildirilib ki, “Mirzə Kazımbəy – 220” mövzusunda konfransda iştirak etmək istəyənlər tezisləri mirzakazim220@mail.ru elektron ünvanına göndərməlidirlər.

Tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində iyulun 30-dək qəbul edilir. Daha ətraflı məlumat Şərqşünaslıq İnstitutunun saytında yerləşdirilib.