2022-ci ilin ilk beş ayında Türkiyəyə xarici ölkələrdən 12,7 milyon xarici turist gəlib. Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkəyə turist kimi gələnlərin 11,3 milyonu əcnəbilər, 1,4 milyonu isə xaricdə yaşayan Türkiyə vətəndaşları olub. İlin ilk 5 ayında xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 207 faiz artıb.
2022-ci ilin yanvar-may ayları dövründə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin sırasında Almaniya 367 faiz artımla birinci, Bolqarıstan 335 faiz artımla ikinci, Rusiya 49,4 faiz artımla üçüncü yeri tutub. Siyahıda Rusiyadan sonra İran və İngiltərə gəlir.
Bu ilin may ayında isə qardaş Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni ayına görə 308 faiz artaraq 3 milyon 824 min nəfər olub. Qeyd edək ki, may ayında ən çox ziyarətçi göndərən ölkələr siyahısında Almaniya əvvəlki ilin eyni ayına görə yüzdə 420 faiz artımla birinci yerdədir.
Mehparə Sultanova
Ankara