Qusar Dövlət Ləzgi Dram Teatrı türk yazar Turqut Özakmanın “Adət” tamaşasını teatrsevərlərə təqdim edib.

Əməkdar artist, rejissor Xəzər Gəncəlinin quruluş verdiyi tamaşada iki ailə arasında baş verən qan davasının acı nəticələri və bu ədavətə son qoya biləcək sevgidən bəhs olunur.

İkipərdəli səhnə əsərinin rejissor assistenti Gülarə Quliyeva, rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Rolları Şükufə Mirzəağayeva, Lalə Qurbanova, Sədaqət Əlimuradova, Bağır Əhmədov, Rəhilə Hacıbəyova, Namik Mustafayev, Kəmalə Səfərova, Emma Xəyirbəyova, Diana Cəfərova, Elnur Hacıyev, Yeganə Kərimova ifa edirlər.