Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev iyunun 22-də görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü Faiq Sücəddinovla görüşüb.
Bəstəkarı 75 illik yubileyi münasibətilə təbrik edən Elnur Əliyev ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Faiq Sücəddinov göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, iyunun 14-də sevilən nəğmələr müəllifi, Xalq artisti, “Şöhrət” ordenli Faiq Sücəddinovun 75 yaşı tamam olub.