İyunun 28-də “Azərbaycan Cinema Plus” kinoteatrında “Zaman adlı qatar” filmi nümayiş olacaq.

Filmin rejissoru Kənan Musayev, ssenari müəllifi Nərgiz Bağırzadə, operatoru Yura Varnovski, bəstəkarı İnarə Rəsulova, baş prodüseri Valeri İlişayevdir.

Ekran əsərində Xalq artistləri Həmidə Ömərova, İlham Əsgərov, Əməkdar artist Suğra Bağırzadə, Oksana Rəsulova, Vüsal Murtuzəliyev, Könül Nağıyeva, Murad Məmmədov, Şəhriyar Əbilov və başqaları çəkiliblər.

2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilən filmin əsas ideyası məhəbbət, uşağa qayğı, anaların fədakarlığıdır.

Baxışdan sonra nümayişin moderatoru – kinotənqidçi Sevda Sultanova rejissor Kənan Musayev ilə birlikdə tamaşaçıların suallarını cavablandıracaq.