Milli Qurama Festivalı keçiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Milli Qurama Festivalı keçiriləcək.

Festival iyulun 7-dən avqustun 7-dək Bakının bir neçə məkanında gerçəkləşəcək.

Festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək. Həmçinin qurama ilə bağlı şeir və ya bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.