DİM tərəfindən təlim təşkil olunub
28-29 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarəedilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib.
DİM-in əməkdaşı Miranə Rüstəmli insan resurslarının idarəedilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, onlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verib.
Həmçinin təlim zamanı iştirakçılara müasir motivasiya metodları, işçiləri motivasiya edən amillər, motivasiyanın prinsip və faydaları, münaqişə situasiyaları, onların yaranma səbəbləri və həlli, iş yerlərində stresin idarəolunması və s. məsələlər də izah edilib.
Xatırladaq ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.