Bu il Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin (1842-1907) anadan olmasının 180 illiyidir. Bu münasibətlə ölkəmizdə müxtəlif tədbirlər keçirilir, maarif və mətbuat fədaisinin xidmətləri minnətdarlıqla yada salınır.

Xaçmaz RMİ-nin tabeliyindəki Qusar rayon Mərkəzi Kitabxanasında da “Azərbaycan mətbuatının banisi – Həsən bəy Zərdabi” adlı tədbir keçirilib, sərgi nümayiş etdirilib.

***

Ağstafa RMİ-nin əhatə etdiyi Tovuz rayon Mərkəzi Kitabxanasında “Həsən bəy Zərdabi – 180” mövzusunda tədbir təşkil edilib. Çıxış edənlər Zərdabinin Azərbaycan mədəniyyət və mətbuatının inkişafında verdiyi töhfələrdən danışıblar. Tədbirdə iştirakçılar eyniadlı sərgi ilə tanış olublar.

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası “Görkəmli təbiətşünas alim” adlı sərgi təşkil edib. Sərgidə Həsən bəy Zərdabinin əsərləri və haqqında olan materiallar nümayiş olunub.

Nürəddin