Mədəniyyət Nazirliyi Aparatının əməkdaşları tərəfindən Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, həmçinin idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri üçün 28-30 iyun tarixində təlimlər keçirilib.
Nazirliyin Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri İsmayıl Əbdüləzimov, İnsan kapitalının idarə edilməsi şöbəsinin Dövlət qulluğu sektorunun müdiri Emin Qarayev və sektorun aparıcı məsləhətçisi Araz Əlizadə tərəfindən aparılan təlimlər zamanı iştirakçılara dövlət qulluğu etikası, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi, dövlət qulluqçularının cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyi, dövlət qulluğu və s. məsələlər haqqında ətraflı məlumatlar verilib.
Təlimlərdə ümumilikdə 139 nəfər iştirak edib.
Nurəddin